Stoltenberq: "Türkiyə NATO üçün böyük əhəmiyyət daşıyır"

NATO-nun baş katibi Türkiyənin NATO üçün böyük əhəmiyyət daşıdığını, bunu başa düşmək üçün xətirəyə nəzər salmaq və Türkiyənin geostrateji vəziyyətini tədqiq etməyin kifayətli olacağını bildirib.

1310498
Stoltenberq: "Türkiyə NATO üçün böyük əhəmiyyət daşıyır"

"Türkiyə NATO üçün böyük əhəmiyyət daşıyır".

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Fransada dərc olunan “Le Figaro” qəzetinə müsahibəsində deyib.

Fransa prezidenti Emmanuel Makronun “NATO-nun beyin ölümü reallaşdı” tərzindəki sözlərini qiymətləndirən Stoltenberq “NATO təhlükəsizlik mövzularında həyati əhəmiyyətə malikdir. Hər gün bir milyarda yaxın insanı qoruyaraq və müdafiəyə ən böyük töhfəsini on illərlə davam etdirərək bunu sübuta yetirib” ifadələrini işlədib.

“Sülh çeşməsi” hərəkatına da toxunan Stoltenberq “Türkiyə müttəfiqlərinin bazalarından istifadə etməsinə icazə verərək, terror təşkilatı DEAŞ ilə mübarizədə iştirak etdi. Türkiyə NATO daxiləində Suriya və İraq ilə sərhədi olan tək ölkədir. 3,6 milyon qaçqına ev sahibliyi edir. Türkiyə NATO üçün böyük əhəmiyyət daşıyır. Bunu başa düşmək üçün xətirəyə nəzər salmaq və Türkiyənin geostrateji vəziyyətini tədqiq etmək kifayətdir” deyib.

Stoltenberq NATO və Avropa İttifaqının (Aİ) bir-birlərinə rəqib olmadığını, ikisi arasında bir seçim etmək məcburiyyətində qalınmamasının vacibliyini də vurğulayıb.

NATO-nun baş katibi Stoltenberq Norveç, İslandiya, Türkiyə, ABŞ, Kanada və İngiltərənin Avropanın təhlükəsizliyində ciddi rol oynadığına da işarə edib.  



Әlaqәli Xәbәrlәr