Tunis prezidenti hökumətiqurma vəzifəsini tapşıracaq adam tapdı

Ölkənin Prezident Aparatından verilən yazılı məlumata görə...

1307557
Tunis prezidenti hökumətiqurma vəzifəsini tapşıracaq adam tapdı

 

  Tunis prezidenti Kays Səid hökumətiqurma vəzifəsini Nahda Hərakatı Partiyasının təklif etdiyi əl-Həbib əl-Cəməliyə verdi.

  Ölkənin Prezident Aparatından verilən yazılı məlumata görə, respublika başçısı Kays Səid tərəfindən Nahda Hərəkatı Partiyasının sədri və parlament sədri Raşid əl-Qannuşini qəbul olunub. Qannuşi 60 yaşlı Cəməlini Nahda Hərəkatı Partiyasının baş nazir namizədi olaraq prezidentə təklif edib. Kays Səid də yeni hökumətiqurma vəzifəsini ona əl-Həbib Cəməliyə tapşırıb.

  Qeyd edək ki, kənd təsərrüfatı üzrə mühəndisi olan əl-Həbib əl-Cemeli Tunisdə 2011-ci il inqilabından sonra 2012 və 2013-cü illərdə iki ayrı-ayrı hökumətdə nazir müavini vəzifəsində çalışıb.



Әlaqәli Xәbәrlәr