Nigeriyada hər 8 uşaqdan biri 5 yaşı olmadan həyatını itirir, çünki...

Nigeriya Əhali Sağlamlığı Araşdırması hesabatına görə...

1300912
Nigeriyada hər 8 uşaqdan biri 5 yaşı olmadan həyatını itirir, çünki...

 

  Qərbi Afrika ölkələrindən olan Nigeriyada hər 8 uşaqdan biri 5 yaşı olmadan həyatını itirir.

  Nigeriya Əhali Komissiyası (NPC) tərəfindən yayılan Nigeriya Əhali Sağlamlığı Araşdırması hesabatına görə, ölkədə uşaqlar daha çox qızdırma, xolera və tifo kimi xəstəliklərdən ölür.

  Ölkədə hər 8 uşaqdan biri 5 yaşına çatmamış həyatını itirir, qadınların 59 faizi isə hələ də evdə doğur. Bu vəziyyət də uşaq ölümlərinin sayını artırır.

  Hesabatda yazılana görə, atılan addımlara baxmayaraq, 2013-cü il məlumatları ilə müqayisədə uşaq ölüm nisbətlərində o qədər də dəyişiklik yoxdur.



Әlaqәli Xәbәrlәr