BMT İraqda keçirilən nümayişlər nəticəsində 254 nəfərin həyatını itirdiyini açıqladı

İraqda 1 oktyabrda başlayan hökumət əleyhinə nümayişlər nəticəsində bu günə qədər 254 nəfər həyatını itirdi.

1301123
BMT İraqda keçirilən nümayişlər nəticəsində 254 nəfərin həyatını itirdiyini açıqladı

İraqda 1 oktyabrda başlayan hökumət əleyhinə nümayişlər nəticəsində bu günə qədər 254 nəfər həyatını itirdi.

Bu barədə BMT İraq Missiyasının hazırladığı "25 oktyabr-4 noyabr İraq Nümayişləri" başlıqlı hesabatında bildirilib.

Hesabatda ölkənin paytaxtı Bağdad başda olmaqla mərkəzi və cənub hissələrində daha 97 nümayişçinin öldüyü qeyd olunub.

Nümayişlər zamanı minlərlə etirazçının xəsarət aldığı vurğulanan hesabatda 25 oktyabrdan tutmuş təkrar başlayan nümayişlərdə BMT-nin etirazçılara qarşı bir çox hüquq pozuntularının müşahidə edildiyine diqqət çəkdiyi bildirilib.

Hesabatda təhlükəsizlik gücləri tərəfindən atılan qaz bombasının 16 nümayişçinin ölməsinə səbəb olduğu qeyd edilib.

Hesabatda BMT-nin İraq İnsan Haqları ofisində vəzifəli Danielle Bell açıqlamaları da yer alıb.

Bell "Təhlükəsizlik qüvvələrinin silahsız nümayişçiləri qaz bombası ilə hədəfə almasının heç bir səbəbi ola bilməz." ifadəsini işlədib.

22 oktyabrda BMT tərəfindən yayılan hesabatda "1-9 oktyabr İraq Nümayişləri" hesabatında 157 nümayişçinin həyatını itirdiyi, 5 min 494 nümayişçinin yaralandığı bildirilmişdi.

Digər tərəfdən İraqın cənubundakı Zikar vilayətində nümayişçilər Eş-Şatra qəsəbəsində "Sairun" koalisayası millət vəkilindən Naci əs-Saidi Əl-Fəth koalisiyasından Muna əl-Qurabi ilə Qanun Dövləti Koalisiyası millət vəkili Zeyneb əl-Hazrecinin evini yandırıb.

Hadisədə ölən olmayıb.

İraqlılar ölkənin müxtəlif yerlərində işsizlik, korrupsiya və dövlət qulluğunun olmamasına etiraz olaraq nümayişlər keçirirlər.

1 oktyabrda ölkədə etirazlara başlayan nümayişçilər Ərbəin mərasimləri səbəbiylə fasilə verdikləri nümayişlərə 25 oktyabrda təkrar başlayıb.



Әlaqәli Xәbәrlәr