Sergey Lavrov: ‘‘Әbubәkir әl-Bağdadi ABŞ-ın mәhsulu olub’’

Rusiya xarici işlər naziri Sergey Lavrov terror təşkilatı DEAŞ-ın keçmiş başçısı Әbubәkir әl-Bağdadinin Amerika Birlәşmiş Ştatlarının ‘‘mәhsul’’u olduğunu deyib.

1298804

Rusiyanın "Rossiya 24" telekanalına müsahibә verәn Rusiyanın  xarici işlər naziri Sergey Lavrov DEAŞ-ın keçmiş lideri Әbubәkir әl-Bağdadi ilә bağlı bәyanatlar verib.

"Bağdadi Amerika Birlәşmiş Ştatlarının mәhsulu idi. Rusiya Müdafiə Nazirliyi Bağdadi ilə əlaqədar bir açıqlama verdi. Bu barədə daha çox məlumat istəyirik. Hərbçilərimiz əlavə faktları öyrənirlər. Amerika Birlәşmiş Ştatlarının  söylədiklərini hələ təsdiq edə bilmirlər”,-deyә Rusiya xarici işlәr naziri qeyd edib.

2003-cü ildə ABŞ-ın İraqa hücumundan sonra baş verənlərə toxunan Sergey Lavrov deyib: ‘‘DEAŞ İraqda yaşanan qeyri-qanuni işğallar, İraq dövlәtinin süquta uğraması vә amerikalıların hәbsxanalardakı ekstremistlәri azad etmәsindәn sonra peyda oldu’’.

Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp xüsusi təyinatlı qüvvələrin İdlib əyalətində keçirdiyi əməliyyat nəticəsində DEAŞ  lideri Əbubәkir əl-Bağdadinin öldürüldüyünü təsdiqləyib.

Әlaqәli Xәbәrlәr