Estoniyadakı qasırğanın fəsadları

Estoniyadakı qasırğadan sonra on minlərlə insan elektriksiz qalıb.

1296513
Estoniyadakı qasırğanın fəsadları

 

Estoniyadakı qasırğadan sonra on minlərlə insan elektriksiz qalıb.

  Ötən həftənin sonunda Estoniyada baş vermiş qasırğa ciddi fəsadlara səbəb olub. Fəsadların nəticələri hələ də qalmaqdadır.

  Qasırğa nəticəsində 60 mindən çox abunəçi elektrik enerjisindən məhrum olub. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində aparılan işlərə baxmayaraq insanlar hələ işıqsız qalıb. Elektrik enerjisi kəsilmiş evlərə müvəqqəti olaraq alternativ variantlar tətbiq olunub.

  Elektrik enerjisinin kəsilməsi mobil operatorların da işini dayandırıb, insanlar arasındakı əlaqə kəsildiyindən bir müddət ciddi narahatlıq yaranıb. Bütün ölkənin fövqəladə hallar üzrə ixtisaslaşmış mütəxəssisləri nisbətən az ziyan dəymiş şimaldan cənuba doğru toplanıb.

  Ən böyük ziyan kəndlərə dəyib. Bir çox yerlərdə hərəkət mümkün olmadığından məktəblər bağlanıb.

  Ucqar ərazilərin istilik təchizatı da elektrik enerjisinə bağlı olduğundan həmin yerlərdə vəziyyət daha kritik hal alıb. Belə ki, insanlara yanacaq çatdırmaq çətinləşdiyindən vəziyyət gərgin olaraq qalır. Böyük ərzaq anbarları da zərərə uğradığından tonlarla məhsul atılacaq vəziyyətə düşüb.

  Hökumət bu istiqamətdə dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvəsini səfərbər edib.

 

Mənbə: azertag.az



Әlaqәli Xәbәrlәr