Livanda davam edən etiraz aksiyaları

Oktyabrın 17-də Livanda hökumətin vergi siyasətinə qarşı etirazlar ölkənin bir çox yerində "insan zənciri" aksiyaları ilə davam etdi.

1295680
Livanda davam edən etiraz aksiyaları

Oktyabrın 17-də Livanda hökumətin vergi siyasətinə qarşı etirazlar ölkənin bir çox yerində "insan zənciri" aksiyaları ilə davam etdi.

“Əl-ələ” şüarı ilə sosial media fəallarının başlatdığı nümayişlər çərçivəsində on minlərlə insan şiələrin hakim olduğu Sur şəhərindən şimala və ölkənin cənubunda ümumilikdə sünnilərin  olduğu Tripoli şəhərinə əl-ələ tutaraq təxminən 170 kilometrə yaxın bir zəncir yaradıb.

Ağ köynəklər geyinən və Livan bayraqları və güllər daşıyan etirazçılar "rejimin süqutu" və "korrupsiyada günahkar olanlara cavabdehlik" şüarları səsləndiriblər.

Nümayişçilər daha sonra müxtəlif bölgələrdə kütləvi etiraz aksiyalarını davam etdirmək üçün meydanlara üz tutublar.

Xarici işlər naziri Cibran Bazilin başçılıq etdiyi Azad Vətənpərvər Hərəkatı hökumət əleyhinə nümayişlər qarşısında yüksək səviyyəli məmurların bank hesablarında gizlilik əsasına son qoyma qərarına gəldi.

Azad Vətənpərvər Hərəkatı tərəfindən verilən yazılı açıqlamada Hərəkata mənsub prezident müavini, nazir, millət vəkillərinin bank hesablarında gizlilik qaydalarına bu gündən son qoyulacağını söyləyib.

Bu arada Livan Banklar Birliyinin açıqlamasında nümayişlərə görə 18 oktyabrdan bəridir xidmət göstərə bilməyən bankların bu gün də bağlı olacağı qeyd edilib.

Livanlılar hökumətin kommunikasiya və xüsusən də “WhatsApp” sosial şəbəkəsində vergi tətbiq etmək cəhdinə cavab olaraq 17 oktyabrda etiraz aksiyalarını başlatmışdı.

Baş nazir Saad əl-Həriri isə davam edən etirazların kölgəsində iqtisadi böhranı azaltmaq üçün bəzi qərarların qəbul edildiyini açıqladı, lakin bu qərarlara nümayişçilər tərəfindən də reaksiya göstərildi.



Әlaqәli Xәbәrlәr