İsrail әsgәrlәri dördü uşaq olmaqla 20 fәlәstinlini dә hәbs edib

Bu barәdә yerli mәnbәlәrin yaydığı mәlumatda bildirilib.

1296044
İsrail әsgәrlәri dördü  uşaq olmaqla 20  fәlәstinlini dә hәbs edib

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindә 4-ü uşaq olmaqla 20  fələstinlini həbs edib.

Bu barәdә yerli mәnbәlәrin yaydığı mәlumatda bildirilib.

Məlumata görə,  İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә 20  fәlәstinlini saxlanılıb. 

Digәr tәrәfdәn İsrail әsgәrlәrinin İordan çayının başqa bölgәlәrindә dә altı fәlәstinlini dә saxlayıb.

İşğal altındakı Şәrqi Qüds vә  İordan çayının qәrb sahillilindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Saxlanılan fәlәstinlilәrin günlәrlә nәzarәt mәntәqәlәrindә saxlanıldıqları bildirilir.

Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək  fәlәstinli mәhbus var.



Әlaqәli Xәbәrlәr