Rusiya və Fransa prezidentləri telefonda Suriyadan danışdılar

Rusiya Prezidenti Aparatından (Kreml) verilən yazılı məlumata görə...

1295338
Rusiya və Fransa prezidentləri telefonda Suriyadan danışdılar

 

  Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron telefon söhbətləri zamanı Suriyanın şimal-şərqindəki vəziyyəti dəyərləndiriblər.

  Rusiya Prezidenti Aparatı (Kreml) verilən yazılı məlumata görə, Putin və Makron telefonla danışıblar. Söhbət zamanı Türkiyə ilə Rusiya arasında Soçidə varılan anlaşma, tərəflərin maraqları və Suriyanın torpaq bütövlüyü müzakirə olunub. Makron Rusiya ilə Türkiyə arasındakı razılaşmaları müsbət qarşıladığını "Soçi müqaviləsi Fəratın şərqindəki vəziyyəti sabitliyə qovuşduracaq və Suriya böhranının həllinə yardım olacaq" sözlərilə ifadə edib.

  İki prezident 30 oktyabrda İsveçrənin Cenevrə şəhərində edilməsi gözlənilən Suriya Konstitusiya Komitəsi yığıncağı barədə də danışıblar.

  Bu arada, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatalrının dövlət katibi Mayk Pompeo ilə telefonda Suriya və eyni zamanda, iki ölkə əlaqələrindəki bəzi problemləri müzakirə ediblər.



Әlaqәli Xәbәrlәr