Fransada İslama qarşı çıxan adamları müəyyən etmək üçün səsvermə keçirilib

Sosial media istifadəçiləri səsvermədə Fransada İslam əleyhinə çıxışları ilə tez-tez gündəmə gələn adamların adlarını seçib.

1292806
Fransada İslama qarşı çıxan adamları müəyyən etmək üçün səsvermə keçirilib

 

  Fransa İrqçilik və İslamofobiya Müşahidə Qurumu (ORİW) bu il ölkədə İslama qarşı çıxan adları müəyyən etmək üçün sosial mediada səsvermə keçirib.

  Sosial media istifadəçiləri səsvermədə Fransada İslam əleyhinə çıxışları ilə tez-tez gündəmə gələn adamların adlarını seçib. Bu adamlar yazıçı Barbara Lefebvre, Avropa Parlamentinin deputatı Nadine Morano, Fransa siyasətçisi Avrora Berje (Aurore Berger), həddindən artıq sağçı siyasətçi Jan Mesixa (Jan Messiha), jurnalist Paskal Praud (Pascal Praud), akademik Loran Buve (Laurent Bouvet), Əlcəzair əsilli jurnalist Məhəmməd Sifaoui, vəkil Jil-Uliyam Qoldnadel (Gilles-William Goldnadel) olub.

  Fransa İrqçilik və İslamofobiya Müşahidə Qurumunun sədri İfakat Yuna səsverməyə dair verdiyi bəyanatda bildirib: "Bu adamlar çox təhlükəli oyun oynayırlar. Biz də bu vəziyyətə diqqət çəkmək və insanların reaksiyasını ortaya qoymaq istədik".

  18 oktyabrda başlayan səsvermə 1 həftə davam edəcək.



Әlaqәli Xәbәrlәr