ABŞ əsgərləri Suriyanın şimalından İraqın qərbinə yol alır

Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Mark Esper ölkə prezidenti Donald Trampın qərarının Suriyanın şimalından çəkilən təxminən 1000 Amerika əsgərinin İraqın qərbinə gedəcəyi olduğunu açıqlayıb.

1291336

  Orta Şərq səfəri üçün ABŞ-dan ayrılan Esper təyyarədə mətbuat nümayəndələrinə Suriya planları haqqında danışaraq deyib:

  “Sözügedən əsgərlərin tam olaraq nə zaman İraqa gedəcəyi barədə dəqiq məlumat verə bilməyəcəyik. Nəql əməliyyatı həftələrlə zaman alır.

  Bu əsgərlər İraqda DAEŞ-lə mübarizəyə davam edəcək və bu ölkənin müdafiəsinə dəstək olacaq”.

  Xatırladaq ki, D.Tramp Suriyanın şimalında xidmət edən minə yaxın Amerika əsgərini bu ölkədən çəkəcəyini açıqladıqda bu fikir ABŞ konqresində mənfi əks-səda ilə qarşılanmış və tənqid edilmişdi.

Әlaqәli Xәbәrlәr