Trampın terror təşkilatı PKK ilə əlaqədar etirafı

ABŞ prezidenti Donald Trump sabiq prezident Barak Obama dövründə Suriyadakı kürdlərlə deyil, PKK ilə əməkdaşlıq etdiyinə dair bir açıqlama “Twitter” hesabında yer alıb.

1283499
Trampın terror təşkilatı  PKK ilə əlaqədar etirafı

ABŞ prezidenti Donald Trump sabiq prezident Barak Obama dövründə Suriyadakı kürdlərlə deyil, PKK ilə əməkdaşlıq edildiyinə dair bir açıqlamanı “Twitter” hesabında paylaşdı.

Tramp şəxsi “Twitter” hesabında Hudson İnstitutunun Orta Şərq üzrə mütəxəssislərindən Maykl Dorianın ABŞ-ın Suriya ilə bağlı qərarını dəstəkləyən paylaşımlarını bölüşdü.

Prezident Trump Dorianın "Obama dövründə kürdlərlə deyil, müttəfiqimiz Türkiyə Cümhuriyyətinin can düşməni olan PKK ilə əməkdaşlıq etdik. Bu siyasətlə Türkiyə-PKK döyüşünün toxumlarını əkir, eyni zamanda Türkiyəni Rusiyaya tərəf itələyirdik" açıqlamasını “retweet” etdi.

Trump Dorianın yanvar 2018-ci ildə Vaşinqtonda qatıldığı bir paneldə Anadolu Agentliyinin (AA) çəkdiyi videodan istifadə edərək, "Suriyanın şimalında gördüklərinizə təəccüblənirsinizmi? Mən təəccüblənmirəm. Yanvar 2018-ci ildə Obamanın bizi Türkiyə qarşısında qoyduğu dilemmanı izah etdim" açıqlamasını da səhifəsində paylaşdı.

Trampın bu paylaşmaları qısa müddətdə minlərlə adam tərəfindən bəyənildi və yenidən paylaşıldı.



Әlaqәli Xәbәrlәr