Boko Haramın girov götürdüyü 51 nәfәr azad edilib

Qәrbi Afrika ölkәsi Nigeriyanın şimal-şәrqindә terror tәşkilatı Boko Haram tәrәfindәn girov götürülәn 51 nәfәr azad edilib.

1281272
Boko Haramın girov götürdüyü 51 nәfәr azad edilib

 

Qәrbi Afrika ölkәsi Nigeriyanın şimal-şәrqindә terror tәşkilatı Boko Haram tәrәfindәn girov götürülәn 51 nәfәr azad edilib.

Nigeriya ordusunun rәsmisi Aminu İliyasu mәtbuat nümayәndәlәrinә verdiyi açıqlamada Borno әyalәtindә Boko Haram qruplaşmasına qarşı әmәliyyatların  keçirildiyini bildirib.

Aminu İliyasu әmәliyyatlar nәticәsindә әksәriyyәti qadın olmaqla 51 girovun  azad edildiyini qeyd edib.

Әmәliyyatlar zamanı iki terrorçunun öldürüldüyünü bildirәn Aminu İliyasu terror tәşkilatına mәxsus çox sayda silah vә sursatın әlә keçirildiyini söylәyib.

Açıqlamada azad edilәn şәxslәrin  nә zaman girov götürüldüyü ilә bağlı mәlumat verilmәyib.

Qeyd edәk ki, Boko Haram tәşkilatı 2000-ci ilin әvvәlindәn etibarәn Nigeriyadakı mövcudluğunu davam etdirir. Terror tәşkilatının 2009-cu ildәn etibarәn hәyata keçirdiyi hücumlar nәticәsindә 20 mindәn çox insan hәlak olub.



Әlaqәli Xәbәrlәr