Slovakiya “MiQ-29” döyüş təyyarələrinin uçuşunu dayandırdığını açıqladı

Slovakiya Hərbi Hava Qüvvələrinin komandanlığı “MiQ-29” qırıcı təyyarələrinin təlim uçuşlarının müvəqqəti dayandırılması barədə qərar verib.

1278441

 Bunu dünən Slovakiya Müdafiə Nazirliyinin nümayəndəsi Danka Sapakova bildirib.

Dünən axşam saatlarında təlim uçuşu zamanı Zlata-Moravçe şəhəri yaxınlığında “MiQ-29” qırıcı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar belə bir qərar qəbul edildiyi bildirilib.

Sapakova bu qərarın ölkənin hava məkanının təhlükəsizliyinin təmin edilməsinə mənfi təsir göstərməyəcəyini söyləyib.

Qeyd edək ki, qəzaya uğrayan “MiQ-29”un pilotu təyyarədən özünü tullaya bilib. Xəstəxanaya yerləşdirilən pilotun həyatı üçün təhlükə yoxdur. 

İlkin məlumata görə, “MiQ-29” çənində yetərincə yanacaq olmaması səbəbindən qəzaya uğrayıb. Slovakiya Müdafiə Nazirliyi hələlik bu versiyanı təsdiqləmir. Qəzanın araşdırılması üçün xüsusi komissiya yaradılıb.

Әlaqәli Xәbәrlәr