Tunisdə prezident seçkilərinin ikinci mərhələsi olacaq

Tunisdə prezident seçkisinin ikinci mərhələsi 13 oktyabrda keçiriləcək.

1278290
Tunisdə prezident seçkilərinin ikinci mərhələsi olacaq

 

  Ölkənin TAP rəsmi xəbər agentliyinə müsahibəsində Mərkəzi Seçki Komissiyasının üzvü Enis el-Cerbui prezident seçkilərinin ikinci turu üçün 13 oktyabrda seçkiyə gediləcəyini bildirib.

  Qeyd edək ki, Tunisdə 15 sentyabrda keçirilən prezident seçkilərinin ilkin mərhələsində müstəqil namizəd, hüquq professoru Kays Said 18,4, məhbus media rəhbəri, Tunisin Kalbi Partiyasının sədri Nəbil el-Karvi isə 15,6 faiz səs toplayıb. Beləliklə, ilk turda birinci olan Səidlə ikinci olan Karvi ikinci mərhələyə qalıb. Seçkidə iştirak nisbəti 45,02 faiz olub.

  Prezident seçkilərindən qabaq isə - 6 oktyabrda Tunisdə parlament seçkiləri keçiriləcək.



Әlaqәli Xәbәrlәr