İndoneziyanın Maluku əyalətində 6,8 bal gücündə zəlzələ baş verib.

Maluku əyalətində bu gün qeydə alınan zəlzələdə çox sayda adam ölüb

1277006
İndoneziyanın Maluku əyalətində 6,8 bal gücündə zəlzələ baş verib.

İndoneziya Meteoroloji İqlim və Geofizika İnstitutun məlumatına görə episentri Ambon, ocağı isə 10 kilometr yerin altında olan zəlzələ nəticəsində 20 nəfər həyatını itirib 100 nəfər də yaralanıb. Bildirilib ki, zəlzələdən sonra yeraltı təkanları davam edir. İndiyə dək 54 yeraltı təkanı qeydə alınıb.

Qeyd edək ki, 22 Sentyabrda Saumlaki bölgəsində 6.4 bal gücündə zəlzələ qeydə alınmışdı.

14 İyulda Maluku əyalətinin Ternate bölgəsində baş verən 7.3 bal gücündəki zəlzələdə isə 6 nəfər həyatını itirmişdi.

 



Әlaqәli Xәbәrlәr