Tramp Türkiyə prezidentinə təşəkkür etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp "güclü bir adam" olaraq səciyyələndirdiyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana "keşiş Branson" məsələsi ilə bağlı  təşəkkür etdi.

1274993
Tramp Türkiyə prezidentinə təşəkkür etdi

 Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp Birləşmiş Millətlər Təşkilatında təşkil olunan "Dini azadlıqların qorunması üçün qlobal çağırış" adlı konfransda çıxış etdi.

 Tramp çıxışında ABŞ-lı 2016-ci ildə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olduğu iddiası ilə həbs olunan keşiş Endryu Kreyq Bransonın (Endrew Craig Brunson) azadlığa buraxılması məsələsinə toxunaraq: "Ötən il çox güclü bir adamla qısa və hörmətli bir müzakirədən sonra keşiş Bransonı evə gətirdik və sonra Türkiyə prezidenti Ərdoğanla dost olduq" ifadələrini işlətdi.

 Prezident Ərdoğanla telefon əlaqəsi quraraq ona Bransonın günahsız olduğunu söylədiyini deyən Tramp: "Prezident Ərdoğana təşəkkür etmək istəyirəm" dedi.

 

 



Әlaqәli Xәbәrlәr