Kris Mayer tәhlükәsiz bölgә ilә bağlı açıqlama verib

Amerika Birlәşmiş Ştatlarının DEAŞ-la mübarizә üzrә missiyasının rәhbәri Kris Mayer  tәhlükәsiz bölgәnin yaradılacağı  әrazidәn terror tәşkilatı YPG/PKK-nın çıxarılma prosesinin davam etdiyini deyib.

1272592
Kris Mayer tәhlükәsiz bölgә ilә bağlı açıqlama verib

 

 

Amerika Birlәşmiş Ştatlarının DEAŞ-la mübarizә üzrә missiyasının rәhbәri Kris Mayer  tәhlükәsiz bölgәnin yaradılacağı  әrazidәn terror tәşkilatı YPG/PKK-nın çıxarılma prosesinin davam etdiyini deyib.

Kris Mayer ABŞ Müdafiә Nazirliyindә keçirdiyi brifinqdә jurnalistlәrin tәhlükәsiz bölgә ilә bağlı suallarını cavablandırıb.

Ziddiyyətli açıqlamaları ilә diqqәt çәkәn ABŞ Müdafiә Nazirliyinin rәsmisi tәhlükәsiz bölgәnin yaradılacağı әrazidә terror tәşkilatı YPG/PKK-ya üzv terrorçuların olduğunu qәbul edib.

Terror tәşkilatı YPG-ni bölgәdәn çıxarmaq mәsәlәsindә qәrarlı olduqlarını deyәn Kris Mayer Türkiyәnin tәhlükәsizlik ilә bağlı qanuni  narahatlıqlarını  anladıqlarını deyib.

Türkiyə və ABŞ-ın təhlükəsizlik qüvvələrinin Tel Abyad və Rasulayn rayonlarında apardığı nәzarәt fәaliyyәtlәrinin davam etdiyini xatırladan Mayer tәhlükәsiz bölgәnin uzunluğu vә genişliyi mәsәlәsindә açıqlama vermәyib.

Kris Mayer terör təşkilatı YPG-nin bölgədən çıxarılacağını ifadə etməsinə baxmayaraq açıqlamanın davamında ziddiyyətli məlumatlar  verib.

Amerika Birlәşmiş Ştatlarının DEAŞ-la mübarizә üzrә missiyasının rәhbәri Kris Mayer  terror tәşkilatı DEAŞ-ı nәzәrdә tutaraq Suriya Demokratik Qüvvәlәri adını istifadә edәn YPG/PKK ilә tәrәfdaşlıqlarını davam etdirәcәklәrini deyib.

‘‘SDG-yә DEAŞ-la mübarizә çәrçivәsindә silah-sursat dәstәyi vermәyә davam edirik’’,-deyә Amerika Birlәşmiş Ştatlarının DEAŞ-la mübarizә üzrә missiyasının rәhbәri qeyd edib. 



Әlaqәli Xәbәrlәr