ABŞ Dövlәt Departamenti Әfqanıstanda törәdilәn terror aktını qınadı

ABŞ Dövlәt Departamenti Talibanın dünən Əfqanıstanda törәtdiyi  hücumla bağlı açıqlama verib.

1271497
ABŞ Dövlәt Departamenti Әfqanıstanda törәdilәn terror aktını qınadı

 

Amerika Birləşmiş Ştatları  rəhbərliyi  Talibanın  Əfqanıstanın paytaxtı Kabil və Pәrvan vilayətindә törәtdiyi terror hücumlarını qınadı.

ABŞ Dövlәt Departamenti Talibanın dünən Əfqanıstanda törәtdiyi  hücumla bağlı açıqlama verib.

Açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Taliban törәtdiyi hücumlarla  Əfqanıstan  xalqını və təşkilatlarını açıq şəkildə saymadığını  göstərir. Taliban  Əfqanıstanın vә Әfqanıstan xalqının gələcəyinə bu qədər ciddi zərər vermәk әvәzinә  sülh mühitinin yaradılmasına imkan vermәk mәsәlәsindә qәtiyyәtli olmalıdır’’.

Qeyd edәk ki, Taliban qruplaşmasının Әfqanıstanın paytaxtı Kabil vә Pәrvan vilayәtindә törәtdiyi hücum nәticәsindә 48 nәfәr hәlak olub.

Mәlumata әsasәn, ilk  hücum Kabil yaxınlığındakı Parvan vilayətində həyata keçirilib.  Prezident Əşrəf Ganinin iştirak etdiyi mitinq zamanı törәdilәn hücum nәticәsindә 26 nәfәr hәlak olub, 42 nәfәr dә xәsarәt alıb.

Hәlak olanların әksәriyyәtinin mülki vәtәndaş olduqları bildirilir.

İkinci hücum isә Amerika Birlәşmiş Ştatlarının paytaxt Kabildәki sәfirliyinin yaxınlığında törәdilib. Hücum nәticәsindә 22 nәfәr hәlak olub, 38 nәfәr dә müxtәlif dәrәcәli xәsarәtlәr alıb. İkinci hücum nәticәsindә hәlak olanların әksәriyyәti dә mülki vәtәndaş olub.

Hәr iki hücuma görә  mәsuliyyәti Taliban qruplaşması öz üzәrinә götürüb.



Әlaqәli Xәbәrlәr