Birlәşmiş Millәtlәr Tәşkilatı Rohinca müsәlmanları ilә bağlı çağırış edib

Birlәşmiş Millәtlәr Tәşkilatının insan hüquqları üzrә rәsmilәri Rohinca müsәlmanlarının yaşadığı vә Banqladeşin  cәnubunda yerlәşәn  Cox  Bazardakı düşәrgәsindәki ölüm hallarının araşdırılması  ilә әlaqәdar çağırış edib.

1271198
Birlәşmiş Millәtlәr Tәşkilatı Rohinca müsәlmanları ilә bağlı çağırış edib

 

 

Birlәşmiş Millәtlәr Tәşkilatının insan hüquqları üzrә rәsmilәri Rohinca müsәlmanlarının yaşadığı vә Banqladeşin  cәnubunda yerlәşәn Coks Bazar düşәrgәsindәki ölüm hallarının araşdırılması  ilә әlaqәdar çağırış edib.

Birlәşmiş Millәtlәr Tәşkilatının insan hüquqları üzrә rәsmilәri tәrәfindәn verilәn açıqlamada  Banqladeş hökumәtinin Cox  Bazar düşәrgәsindәki ölüm halları ilә bağlı müstәqil istintaqın aparılmasının vacibliyini vurğulayıblar.

Keçәn ay tәşkil edilәn ‘‘Soyqırım günü’’ adlı mitinqә tәxminәn 200 min Rohinca müsәlmanın qatıldığı bildirilәn açıqlamada mitinqi tәşkil edәnlәrdәn bәzilәrinin dindirildiyi bildirilib.

Rәsmilәr açıqlamada söz azadlığı, dinc toplantı  vә mitinq keçirmәk hüququna tәtbiq olunan mәhdudiyyәtlәrә görә narahat olduqlarını vurğulayıblar.

Birlәşmiş Millәtlәr Tәşkilatının mәlumatına görә, 2017-ci ilin avqust  ayından sonra  Arakandakı tәzyiq vә zülmdәn qaçaraq Banqladeşә sığınan Rohinca müsәlmanlarının  sayı 900 minә çatıb.



Әlaqәli Xәbәrlәr