Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı

Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası olan “akademik Lomonosov” elektrik enerjisiylə təmin edəcəyi ölkənin şimal ərazisində yerləşən Pevek şəhərinə getdi.

1270388
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı

Rosenerqoatom şirkətindən yayılan məlumata görə stansiyanın karbon tullantısı aşağı seviyyədə olacaq.

Üzən elektrik enejisi stansiyasının istifadəyə verilməsiylə bölgədəki Bilibino Atom Elektrik Stansiyası və Çaunskaya Stansiyasının fəaliyyəti dayandırılacaq.

Uzunluğu 114 metr və eni 30 metr olan üzən nüvə stansiyası hər biri 35 meqavat gücündə iki reaktordan ibarətdir.

Təxminən 100 min nəfər əhalisi olan bir şəhərin elektrik ehtiyacını təmin edəcək potensiyala sahib olan akademik Lomonosov, təkcə Rusiyanın yox, dünyanın  şimalında yerləşən nüvə stansiyası hesab edilir.

Rosatom şirkətinin baş direktoru Aleksey Lixachev də : “Bu Arktikada davam etdiriləbiləcək inkişaf yolunda atılmış kiçik bir addım olsa da  çatılması   çǝtin   bölgələrin dekarburizasiyasında atılmış nəhəng bir addım hesab edilir. Həmçinin nüvə elektrik stansiyalarının dünya miqyasında inkişafı baxımından da böyük əhəmiyyət daşıyır.



Әlaqәli Xәbәrlәr