İspaniyada şiddətli fırtına və leysan yağışları insan tələfatına səbəb oldu

İspaniyada siklon nəticəsində əmələ gələn şiddətli fırtına və leysan yağışları 4 nəfərin həlak olmasına səbəb olub.

1269141
İspaniyada şiddətli fırtına və leysan yağışları insan tələfatına səbəb oldu
ispanya asiri yagis1.jpg

İspaniyada siklon nəticəsində əmələ gələn şiddətli fırtına və leysan yağışları 4 nəfərin həlak olmasına səbəb olub.

İspanyadakı "EFE" xəbər agentliyinin məlumatına görə, Albasete əyalətində leysan yağışları nəticəsində su basmış ərazidə iki təqaüdçünün cəsədləri tapılıb. Sentyabrın 12 –də təbii fəlakət nəticəsində 93 yaşayış məntəqəsində məktəblərdə dərslər dayandırılıb. Fırtına və leysan yağışlarından ən çox Valensiya, Alikante, Mursiya və Kastiliya-La-Mança əyalətləri zərər görüb. “Renfe” şirkəti infrastruktur məntəqələrində daşqınlar səbəbindən əyalətlər arasında dəmiryolu səfərlərini təxirə salıb. Ümumilikdə, ölkənin iyirmiyə yaxın regional yolları bağlanılıb, bələdiyyələrin əksəriyyətində küçələr və yollarda hərəkət dayandırılıb. Sequra çayının daşması nəticəsində Mursiyanın bələdiyyələrində 3500 nəfər təxliyə edilib.

İspaniyanın Müdafiə nazirinin səlahiyyətlərini icra edən Marqarita Robles bildirib ki, şiddətli fırtına və yağışların nəticələrini aradan qaldırmaq üçün Fövqəladə Hərbi Bölmə Oriyelu şəhərinə öz canlı qüvvə və texnikasını göndərib.

Xeyli sayda maşına ziyan dəydiyi, güclü yağışlara görə 100-dən çox yolun bağlandığı qeyd olunub, qatar səfərləri ləğv edilib.

Bölgədə son 100 ilin ən çox yağışının yağdığı bildirilib.



Әlaqәli Xәbәrlәr