"Partlayışlar İsralin maraqlarına xidmət göstərir", İ. Həniyyə

Fələstin müqavimət hərəkəti HƏMAS-ın siyasi büro rəhbəri İsmayıl Həniyyə Qəzza zolağında keçən həftə edilən intihar hücumlarının İsrailin maraqlarına xidmət göstərdiyini bildirdi.

1262384

Həniyyə keçən həftə Qəzza zolağında iki intihar partlayışında ölən üç polis əməkdaşının anım mərasimində çıxış etdi.

 Həniyyə "Partlayışın vaxtı və regional konyunktura bizə aydın göstərir ki, bu partlayışlardan ən çox istifadə edən düşmən İsraildir. Partlayışlar İsrailin maraqlarına xidmət edir." ifadəsini işlədib.   

Hizbullah və İsrail arasındakı gərginliyə toxunan Həniyyə hücumların Qəzzanın şimalında inkişafları dəstəkləməməsi üçün edildiyini söylədi.

İsraildəki ümumi seçkilərin bu partlayışın arxasındakı mühüm bir amil olduğunu qeyd edən Həniyyə İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzanın seçkiyə təsir etməməsini istədiyini söylədi.

Həniyyə "Aparılan araşdırmaların nəticələri göstərir ki, oxşar hücumlar Qəzzanın müxtəlif nöqtələrində baş verəcək” deyə bildirdi.

Həniyyə əlavə etdi ki, bu, Qəzzadakı təhlükəsizliyin İsraili narahat etdiyinin işarədir.

Qeyd edək ki, keçən həftə Qəzzada 2 ayrı polis nöqtəsini hədəf alan intihar hücumları təşkil edildi, 3 polis əməkdaşı öldü, 3 nəfər yaralandı.

Әlaqәli Xәbәrlәr