Əfqanıstanda Taliban üzvlərinin hücumu nəticəsində 5 mülki vətəndaş ölüb

Əfqanıstanın Laqman vilayətinin Alişing qəsəbəsində Taliban üzvlərinin motoatıcılardan atdığı güllənin evlərdən birinə düşməsi nəticəsində 5 mülki vətəndaş ölüb.

1262351

Lagman valisi Məhəmməd Asıf Nanq Taliban üzvləri tərəfindən atılan güllənin Alişing qəsəbəsinin Şemsehil kəndindəki evlərdən birinə düşdüyünü söyləyib.

Hücumda 5 mülki vətəndaşın həyatını itirdiyini ifadə edən Nanq 6 nəfərin isə yaralandığını bildirib.

Taliban mövzuyla əlaqədar hələ də açıqlama verməyib.

Әlaqәli Xәbәrlәr