Yaponiyada təbii fəlakətlə bağlı əhali təxliyyə olunur

Yaponiyanın cәnub-qәrbindә yağan aramsız yağışların sәbәb olduğu daşqınlar nәticәsindә ilkin mәlumatlara әsasәn iki nәfәr hәlak olub, üç bölgәdәn tәxminәn 847 min nәfәrin evakuasiya  edilmәsi ilә bağlı göstәriş verilib.

1260034

Kyodo agentliyinin yaydığı xәbәrә әsasәn, Saqa bölgәsinin Takeo şәhәrindә bir nәfәrin meyiti tapılıb. Yerli polis Fukuoka bölgәsinin Yame şәhәrindә baş verәn tәbii fәlakәt nәticәsindә bir nәfәrin hәlak olduğunu açıqlayıb.

Tәbii fәlakәt sәbәbindәn Fukuoka, Saqa vә Naqasaki bölgәlәrindәn tәxminәn 847 min nәfәrin evakuasiya  edilmәsi ilә bağlı göstәriş verilib.

Leysan yağışları sәbәbindәn torpaq sürüşmәlәrinin yaşandığı vә Ushizu ilә Matsuura çaylarının öz mәcrasından çıxdığı bildirilib.

‘‘Kyushu’’ şirkәti Fukuoka, Saqa vә Naqasaki bölgәlәri başda olmaqla bәzi  qatar sәfәrlәrini lәğv etdiyini açıqlayıb.

Yaponiyanın NHK xәbәr portalı daşqınlar sәbәbindәn bәzi bankların vә poçtların öz fәaliyyәtlәrini dayandırdığı ilә bağlı xәbәr yayıb.

Әlaqәli Xәbәrlәr