Şinzo Abe vә Cavad Zәrif  Fars körfәzindәki gәrginliyi müzakirә ediblәr

Yaponiya baş naziri  Şinzo Abe  Fars körfəzində Amerika Birləşmiş Ştatları ilə İran arasında yaşanan gәrginliyә görә narahat olduqlarını deyib.

1259765

İran Xarici İşlər Nazirliyindәn verilәn  yazılı açıqlamaya görə, xarici işlər naziri Məhəmməd Cavad Zərif  Yaponiya baş naziri Şinzo Abe ilә Yokohama şəhərində bir araya gəlib.

Görüşdə  ABŞ ilə İran arasındakı gərginlik  müzakirә olunub vә  nüvə müqaviləsinin qüvvәdә qalmasının vacibliyi vurğulanıb.

Kyodo xəbər agentliyinin yaydığı mәlumata görә, regionda İran və ABŞ arasındakı gərginliyin aradan qaldırılması  üçün diplomatik səylərin fasiləsiz davam etməsinin vacibliyini vurğulayan Şinzo Abe bildirib ki, Orta Şәrqdәki gәrginliyә görә narahatıq. Yaponiya regionda təzyiqin aradan qaldırılması  və sabitliyin tәmin olunması  üçün diplomatik səylərini  davam etdirәcәk.

Mәhәmmәd Cavad Zərif isə bölgədəki gәrginliyin aradan qaldırılması üçün Yaponiya hökumətinin göstərdiyi səyləri mәmnuniyyәtlә qarşıladıqlarını bildirib.

Әlaqәli Xәbәrlәr