"Rusiya Türkiyənin qırıcı təyyarəsi “TF-X”-in istehsalını dəstəkləməyə hazırdır",D. Şuqayev

Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayev Türkiyənin özünün 5-ci nəsil qırıcı təyyarəsi “TF-X”-in istehsalını dəstəkləməyə hazır olduqlarını bildirdi.

1260059

Şuqayev paytaxt Moskvada keçirilən Moskvada keçirilən 14-cü beynəlxalq aviakosmik sərgisi (MAKS-2019) çərçivəsində Rusiya və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq mövzularını qiymətləndirib.

Türkiyənin yerli təyyarə istehsalını dəstəkləməyə hazır olduqlarını bildirən Şuqayev “Türkiyəyə təyyarə mühərrikləri və elektron hərb təchizatı təmin edə bilərik” deyib.

Türkiyənin özünün 5-ci nəsil qırıcı təyyarəsi “TF-X” layihəsinə toxunan Şuqayev “Bu mövzunu müdafiə sənayesi sahəsindəki əməkdaşlıq çərçivəsində müzakirəyə hazırıq. Bundan əlavə ölkələrimizin liderləri də müdafiə sənayesindəki əməkdaşlığın artırılması barədəki istəklərini dilə gətirdilər. Biz buna hazırıq” deyə bildirib.

Rusiya və Türkiyə arasında “Su-35” və “Su-57”-lərin təhvil verilməsinə dair görüşlər keçirildiyini də bildirən Şuqayev “Rəsmi Ankara bu təyyarələrə böyük maraq göstərdi. Ancaq müqaviləyə dair danışmaq üçün hələ təzdir, rəsmi müraciət olmayıb. Türkiyəli tərəfmüqabilim müdafiə sənayesinin sədri İsmayıl Dəmirlə bu mövzuları müzakirə edəcəyik” ifadələrini işlədib.

Әlaqәli Xәbәrlәr