İran Makronun təklifini rədd etdi

Rəsmi Tehran Fransa prezidenti Emmanuel Makronun raket proqramının müzakirə edilməsi təklifini rədd etdi.

1258881
İran Makronun təklifini rədd etdi

Rəsmi Tehran Fransa prezidenti Emmanuel Makronun raket proqramının müzakirə edilməsi təklifini rədd etdi.

Bu barədə məlumatı İran dövlət televiziyası daxilində fəaliyyət göstərən və ingilis dilində xəbər aparan kanal “Press TV” verdi.

Qeyd edək ki, ABŞ-ın 8 may 2018-ci ildə nüvə sazişdən çıxması və sonra da 7 avqust ilə 4 noyabr 2018-ci ildə iki mərhələdə sanksiyaları yenidən tətbiq etməyə başlamasından sonra Bəsra körfəzində gərginlik artmış, Vaşinqton-Tehran arasında böhran baş verdi.

İranın mayın 8-dən etibarən nüvə sazişdəki vədlərini azaltması ilə Vaşinqton ilə Tehran arasında dərinləşən gərginliyi azaltmağa cəhd göstərən Fransa prezidenti Makron avqustun 23-də Parisdə səfərdə olan İranın xarici işlər naziri Cavad Zərifə bir sıra təkliflər təqdim etdi.

Makronun İrana nüvə sazişə sadiq qalması və nüvə proqramını müzakirəyə açmasını təklif etdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr