Emmanuel Makron vә Donald Tramp birgә mәtbuat konfransında çıxış ediblәr
Fransa prezidenti Emmanuel Makron Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp vә İran prezidenti Hәsәn Ruhaninin görüş keçirmәlәrini istәdiyini deyib.
Fransa prezidenti Emmanuel Makron Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp vә İran prezidenti Hәsәn Ruhaninin görüş keçirmәlәrini istәdiyini deyib.
Emmanuel Makron Fransanın Biarriç şәhәrindә keçirilәn G7 sammitinin son iclasından sonra ABŞ prezidenti Donald Trampla birgә mәtbuat konfransı tәşkil edib.
Sammitin әvvәlindә çox sayda gözlәntinin olduğunu vә liderlәr arasında bir sıra mәsәlәdә birliyin әldә olunduğunu deyәn Emmanuel Makron ABŞ-ın növbәti G7 sammitinә rәhbәrlik edәcәyini söylәyib.
Emmanuel Makron qeyd edib ki, Donald Trampla sәmbә günü keçirdiyimiz görüşdә bir sıra mövzuda irәlilәyiş әldә etdik.
‘‘İranın nüvә saziçi çәrçivәsindәki öhdәliklәrini yerinә yetirmәsinin vacibliyi mәsәlәsindә razılıq әldә etdik. İran heç bir zaman nüvә silaha malik olmamalıdır vә bölgәnin sabitliyinә tәhdid tәşkil etmәmәlidir’’,- deyә Fransa prezidenti bildirib.
Emmanuel Makron çıxışı zamanı hәmçinin İran prezidenti hәsәn Ruhani ilә telefon әlaqәsi saxladığını deyib. Makron söhbәt zamanı Hәsәn Ruhaninin ölkәsinin maraqlarına cavab verәcәyi tәqdirdә hәr siyasi liderlә görüş keçirmәyә hazır olduğunu bildirdiyini deyib.
Donald Tramp isә öz növbәsindә sammitin müsbәt atmosferdә keçdiyini ifadә edib.
Ruhani ilә görüş keçirmәyә hazır olub-olmadığı ilә bağlı sualı cavablandıran Donald Tramp deyib: ‘‘Şәrtlәr uyğun olarsa tәbii ki qәbul edәrәm. İranla bağlı yaxçı hisslәrim var. Çox sayda İranlı dostum var. Çox yaxşı insanlardır’’.