İran Yəmən sahillərindəki Ədən körfəzinə iki hərbi gəmi göndərdi

İran Silahlı Qüvvələri (İSQ) Baş Komandanının müavini admiral Həbibullah Səyyari Dəniz Qüvvələrinin "Adrian Dərya" tankerini qorumağa hazır olduğunu bildirib.

1258654
İran Yəmən sahillərindəki Ədən körfəzinə iki hərbi gəmi göndərdi

İran Silahlı Qüvvələri (İSQ) Baş Komandanının müavini admiral Həbibullah Səyyari Dəniz Qüvvələrinin "Adrian Dərya" tankerini qorumağa hazır olduğunu bildirib. Admiral Səyyari mərasimlərdən birində jurnalistlərin mövzu ilə bağlı suallarına cavab verib. O, İSQ və Dəniz Qüvvələrinin ölkənin yuxarı səviyyəli səlahiyyətliləri lazımlı gördükləri təqdirdə hər an və hər yerdə "Adrian Dərya" neft tankerini mühafizə altına ala biləcək qabiliyyətdə olduğunu bildirib. Səyyari İran Dəniz Qüvvələrinin indiyə qədər  Ədən körfəzi və Qırmızı dənizdə beş-altı min gəmiyə mühafizə təmin etdiyini və etibarlı bir şəkildə hərəkət etmələrinə kömək etdiyini bildirib. O, bundan sonra da başda "Adrian Dərya" neft tankeri olmaqla İran gəmilərinə və neft tankerlərinə lazımlı mühafizəni təmin edəcəklərini vurğulayıb. Qeyd edək ki, ABŞ Müdafiə naziri ötən gün "Adrian Dərya" tankerini ələ keçirmə məsələsinin hələ də gündəliklərində olduğunu bildirərək, bu tankeri təhdid etmişdi.

 



Әlaqәli Xәbәrlәr