Taliban polis mәntәqәsinә hücum etdi, ölәnlәr var

Әfqanıstanın şәrqindәki Nanqarhar vilayәtinin Hoqyani qәsәbәsindәki polis mәntәqәsinә  Taliban üzvlәri tәrәfindәn tәşkil edilәn hücum nәticәsindә üç polis әmәkdaşı hәlak olub.

1257734

Nangargar valiliyinin mәtbuat katibi Ataullah Hoqyani  Taliban üzvlәrinin Hoqyani qәsәbәsindәki polis mәntәqәsinә tәşkil etdiyi hücum nәticәsindә iki nәfәrin dә xәsarәt aldığını söylәyib.

Hücumdan sonra baş verәn qarşıdurma nәticәsindә Talibanın beş üzvünün öldürüldüyünü bildirәn Hoqyani sәkkizinin dә yaralandığını ifadә edib.

Qeyd edәk ki, Taliban hadisә ilә bağlı açıqlama vermәyib.

Әlaqәli Xәbәrlәr