BMT-nin Hindistan hökumətinə çağırışı

BMT-nin insan haqları üzrə mütəxəssisləri Cammu Kəşmirdə təqribən 20 gündür davam edən ifadə azadlığı, məlumat əldə etmə hüququ və sülhməqsədli etirazlarla əlaqədar məhdudiyyətlərin başa çatdırılması üçün Hindistana çağırış etdi.

1257185
BMT-nin Hindistan hökumətinə çağırışı

BMT-nin insan haqları üzrə mütəxəssisləri Cammu Kəşmirdə təqribən 20 gündür davam edən ifadə azadlığı, məlumat əldə etmə hüququ və sülhməqsədli etirazlarla əlaqədar məhdudiyyətlərin başa çatdırılması üçün Hindistana çağırış etdi.

BMT-nin İnsan Haqları üzrə Kommisarlığı tərəfindən Cammu Kəşmirdə baş verən problemlə əlaqədar BMT İnsan haqları üzrə mütəxəssis Devid Kaye, Mişel Fors, Bernard Dubaime, Klement Nyaletsossi Voule və Agnes Kallamardın imzaladığı yazılı açıqlama verildi.

İnternet və telekommunikasiya şəbəkəsinin hökumət tərəfindən səbəb irəli sürülmədən bağladılmasının zərurət və mütənasiblik baxımından əsassız olduğu bildirildi və Hindistan hökumətinə çağırış edildi.

Xatırladaq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Cammu və Kəşmirin yerinə federal hökumətin təşəbbüsü ilə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisi yaradılacaq. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib və bundan sonra Pakistanla münasibətlər daha da gərginləşib, tərəflər sərhədə qoşun yığmağa başlayıb. Pakistan və Hindistan artıq üçüncü dəfədir ki, Kəşmir məsələsi ilə bağlı müharibə həddinə çatır. Onu da deyək ki, hazırda hər iki ölkə nüvə silahına malikdir.

Son vaxtlar isə Pakistan Hindistanla diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsi fonunda ölkələr arasında ikitərəfli ticarət əlaqələrinə son qoyub, tərəflər arasında əvvəllər bağlanan bir sıra sənədlərə yenidə baxmaq istəklərini ifadə ediblər.



Әlaqәli Xәbәrlәr