Husilәr ABŞ-a mәxsus PUA-nı vurdu

Husilәr Yәmәnin Zemar şәhәrindә Amerika Birlәşmiş Ştatlarına mәxsus  ‘‘MQ9’’ tipli pilotsuz uçan aparatı vurduqlarını açıqlayıb.

1256216
Husilәr ABŞ-a mәxsus PUA-nı vurdu

 

 

Husilәr Yәmәnin Zemar şәhәrindә Amerika Birlәşmiş Ştatlarına mәxsus  ‘‘MQ9’’ tipli pilotsuz uçan aparatı vurduqlarını açıqlayıb.

Husilәrә mәxsus SABA xәbәr agentliyinin Husilәrin hәrbi mәsәlәlәr üzrә sözçüsü Yahya Seriyә istinadәn yaydığı xәbәrdә Amerika Birlәşmiş Ştatlarına mәxsus ‘‘MQ9’’ tipli pilotsuz uçan aparatın Yәmәndә istehsal edilәn vә yaxın zamanda ictimaiyyәtә tәqdim olunacaq  bir raketlә Zamer şәhәrindә vurulduğu ifadә edilib.

Seri Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәrinә müraciәt edәrәk Yәmәn hava mәkanının әvvәldәn olduğu kimi poza bilmәyәcәklәrini vә  bu addımı atmadan әvvәl düşünmәlәrinin vacibliyini vurğulayıb.

‘‘Düşmәn qüvvәlәri’’nin tәyyarәlәrini mәhv edә bilәcәk gücә malik olduqlarını bildirәn Seri gәlәcәk günlәrdә  ciddi sürprizlәrin yaşanacağını açıqlayıb.

Şahidlәrin verdiyi mәlumata görә, koalisiya qüvvәlәrinә mәxsus tәyyarәlәr Husilәrin Zamer şәhәrindәki obyektlәrinә hava zәrbәlәri endirib.

Yәmәn ordusu  vә Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri hadisә ilә bağlı mәlumat vermәyib.

Uzun zamandır siyasi qeyri-sabitliyin hökm sürdüyü Yәmәndә İran tәrәfindәn dәstәklәnәn Husilәr ilә Sәudiyyә Әrәbistanı ilә Birlәşmiş Әrәb Әmirliklәri tәrәfindәn dәstәklәnәn hökumәtә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanır.

Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.

Təxminən 5 il davam edən toqquşmalar nәticәsindә  minlərlə insan həyatını itirib.



Әlaqәli Xәbәrlәr