Pakistan müxalifətinin lideri Türkiyə və Çinə təşəkkür etdi

Pakistanın ana müxalifət partiyası olan Pakistan Müsəlman Birliyi-Navazın (PML-N) lideri Şahbaz Şərif prezident Rəcəb Tayyib Ərdoğana və Çin prezidenti Şi Cinpinə Kəşmir məsələsi ilə əlaqədar Pakistanı dəstəklədiklərinə görə təşəkkür etdi.

1255250

Şərif “Twitter” hesabından bölüşdüyü ismarışında bunları yazdı: “Pakistan İslam Respublikası və Pakistan Müsəlman Liqası-Navaz adından Türkiyəyə Kəşmir mövzusunda Pakistana güclü və qərarlı dəstək verdiyi üçün təşəkkür edirəm".

Bunu Türkiyənin etibarlı və səmimi dostluğunun təzahürü olaraq xarakterizə edən Şərif:"Sizi əmin edirəm ki, partiyam və mən bu qardaşlıq bağını qətiyyətlə davam etdirəcəyik" deyə bildirdi.

Şahbaz Şərif Türkiyənin prezident Ərdoğanın dinamik və uzaqgörən rəhbərliyi altında daha çox rifahı və müvəffəqiyyəti üçün dua etdiyini vurğuladı.

Çin ilə Pakistanı "dəmir qardaşlar" adlandıran müxalifət lideri Çin prezidentinə Kəşmir məsələsində Pakistana dəstək olduğu üçün təşəkkür etdi.

Әlaqәli Xәbәrlәr