Donald Tusk Böyük Britaniyanın baş nazirinin təklifinə reaksiya göstərdi

Avropa Şurasının sədri Donald Tusk Böyük Britaniyanın baş naziri Boris Consonun “Brexit” müqaviləsindəki "tədbir maddəsi”nin ləğv olunması təklifinə reaksiya göstərdi.

1255550

Tusk Consonun ona göndərdiyi məktubuna sosial media hesabı “Twitter”dən cavab verdi.

Müqavilədəki “tədbir maddəsi”nə hər hansı bir alternativ tapılanadək bu maddənin etibarlı olduğuna diqqət çəkən AŞ sədri:"Tədbir maddəsi”nin əleyhinə olanlar və həqiqi alternativ təklif etməyənlər etiraf etmək istəməsələr də, (iki İrlandiya arasında) sərhədi yenidən qurmaq istəyənlərdir" ifadəsini işlətdi.

Qeyd edək ki, Conson ötən gün Tuska yazdığı məktubda Böyük Britaniyanın Avropa İttifaqı ilə əldə etdiyi  “Brexit” müqaviləsinin üç dəfə Böyük Britaniya parlamentində rədd edilməsinə səbəb olan Şimali İrlandiya sərhədinə aid “tədbir maddəsi”nin ləğvini təklif edib.

Bundan əlavə, Boris Conson sözügedən maddəni "anti-demokratik" və "İngiltərənin suverenliyinə zidd" olaraq xarakterizə edib.

Әlaqәli Xәbәrlәr