Əfqanıstanda 2019-cu ilin bura qədərki ən qanlı terror hücumu törədildi

Paytaxt Qabilin qərbində şiə-xəzərilərin sıx yaşadığı bu yerə təşkil edilən hücum Əfqanıstanda 2019-cu ilin bura qədərki ən qanlı terror hücumu oldu.

1254171
Əfqanıstanda 2019-cu ilin bura qədərki ən qanlı terror hücumu törədildi

  Əfqanıstanın paytaxtı Qabildə avqustun 17-si gecə bir toyda təşkil edilən intihar hücumunda aralarında qadın və uşaqların olduğu 63 adam həyatını itirib, 182 nəfər yaralanıb.

  Qabilin Altıncı Təhlükəsizlik Bölgəsindəki toy salonu Kasri Barjasıda yerli saatla 22.40-da intiharçı üzərindəki bombanı musiqiçilər, uşaqlar və əylənilən səhnəyə yaxın hissədə partladıb.

  Əfqanıstan Prezident Aparatının sözcüsü Sadiq Sıddıki “twitter”dən etdiyi paylaşmada bu terror hücumunu qınayaraq yazıb: "Qabildə toy salonunda törədilən intihar hücumu hamımızı dərindən üzdü. Bu, xalqımıza qarşı işlənmiş mənfur bir cinayətdir."

  Paytaxt Qabilin qərbində şiə-xəzərilərin sıx yaşadığı bu yerə təşkil edilən hücum Əfqanıstanda 2019-cu ilin bura qədərki ən qanlı terror hücumu oldu.

  Terror hücumunu hələ heç bir qrup boynuna götürməyib.

  Taliban terror təşkilatı da hücumu qınayan şərhlər yayıb.



Әlaqәli Xәbәrlәr