BMT Təhlükəsizlik Şurasının Kəşmir üzrə iclası bu gün keçiriləcək

Çin Hindistanın Cammu Kəşmirin xüsusi statusuna son qoymasından sonra BMT Təhlükəsizlik Şurasından həmin mövzunu müzakirə etmək üçün yığıncaq keçirilməsini istədi.

1253267

Yığıncağın bu gün mətbuata qapalı keçiriləcəyi gözlənilir.

Pakistan da Hindistanın Cammu Kəşmirin xüsusi statusuna son qoyulmasından sonra BMT Təhlükəsizlik Şurasına məsələnin müzakirəsi üçün 3 məktub ünvanlamışdı.

Hindistanın yarım əsrdən uzun müddətdir Cammu Kəşmirə xüsusi status tanıyan konstitusiya maddəsini avqustun 5-də ləğv etməsindən sonra bölgənin qarşı-qarşıya qaldığı vəziyyət və gələcəyilə bağlı gərginlik davam edir.

Bölgəyə xüsusi status tanıyan maddənin ləğv olunduğu gündən bəridir Cammu Kəşmirdə güclü təhlükəsizlik tədbirləri və məhdudiyyətlər davam edir.

Hindistan rəsmiləri Cammu Kəşmirdə gündəlik həyatın normallaşmağa başladığını irəli sürdükdə, beynəlxalq mətbuat bölgədə internet, mobil telefonlar, sabit telefon xəttlərinin kəsilməsi daxil məhdudiyyətlərin davam etdiyini, yollarda hələ də barrikadaların olduğunu bildirir.

Әlaqәli Xәbәrlәr