Sel və torpaq sürüşməsində 282 adam öldü

Hindistanın cənubqərb və mərkəzi ərazilərində güclü yağışların yağması nəticəsindi baş verən sel və torpaq sürüşmələrində ölənlərin sayı 282 nəfərə çatıb.

1252620
Sel və torpaq sürüşməsində 282 adam öldü

 Hindistan Times qəzetinin məlumatına görə, güclü yağışlar Hindistanın Kerala, Karnataka, Maharaştra, Qujarat və Madhya Pradeş əyalətlərində təsirli olub.

Rəsmi açıqlamalara görə 102 nəfərin həyatını itirdiyi Kerala əyalətində 29 adam itkin düşüb. Karnataka əyalətində 61 Maharaştrada 49 Qujaratda 31, Madhya Pradeşdə isə 39 adam ölüb.

Bildirilir ki, keçən həftə 90-a yaxın torpaq sürüşməsinin baş verdiyi Keralada güclü yağışlar bir neçə gün davam edəcək.



Әlaqәli Xәbәrlәr