Hindistan XİN sözçüsü: "Pakistan Hindistanın daxili işlərinə qarışmağı dayandırmalıdır"

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Raviş Kumar (Raveesh Kumar) Pakistanın həqiqəti qəbul etməli və Hindistanın daxili işlərinə qarışmamalı olduğunu söylədi.

1251038

Bu  barədə xəbəri NDTV kanalı yaydı.

 Xəbərdə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Raviş Kumarın mətbuata Nyu- Dehli ilə İslamabad arasında gərginliyə səbəb olan Cammu Kəşmir məsələsi ilə bağlı açıqlama verdiyi bildirildi.

Kumar Pakistanın Hindistanla diplomatik əlaqələri azaltmaq, ikitərəfli ticarət və qatar səfərlərini dayandırmaq qərarını qınayaraq, İslamabad rəhbərliyinin hərəkətlərinin birtərəfli olduğunu vurğulayıb.

Kumar: "Pakistan həqiqəti qəbul etməli və Hindistanın daxili işlərinə qarışmağı dayandırmalıdır" deyə bildirib.

Hindistan baş naziri Narendra Modinin Cammu Kəşmirin xüsusi statusunun ləğv edilməsinin demokratiyanı cəmiyyət səviyyəsində təşviq edəcəyini söylədiyini qeyd edən Kumar ölkəsinin Cammu Kəşmirlə bağlı qərarlarının Pakistanın  narahat etdiyini söyləyib.

Kumar: "Pakistan diplomatik kanalları açıq saxlamalıdır. Hindistan Konstitusiyası hər zaman suverenliyin simvolu olub və bundan sonra da olacaq" deyib.

Qeyd edək ki, Hindistan konstitusiyanın Cammu Kəşmirə yarım əsrdən çox müddətdir xüsusi status verən 370-ci maddəsini ləğv edib.
 
Әlaqәli Xәbәrlәr