Amerika Birlәşmiş Ştatları Rusiyaya yeni sanksiya tәtbiq edib

ABŞ hökuməti "Skripal’’ mәsәlәsi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar tәtbiq etmәyә qәrar verib.

1247143
Amerika Birlәşmiş Ştatları Rusiyaya yeni sanksiya tәtbiq edib

 

ABŞ hökuməti "Skripal’’ mәsәlәsi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyalar tәtbiq etmәyә qәrar verib.

Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp  tәrәfindәn imzalanan sәrәncamda ‘‘Skripal’’ mәsәlәsi  ilә bağlı  Rusiyaya yeni sanksiyaların tәtbiq edilәcәyi bildirilib.

Yeni sanksiya zәrfindә  ölkə banklarının Rusiya hökumətinə ərzaq almaq üçün verilənlər istisna olmaqla, hər hansı borc və ya kredit vermələrinə qadağa qoyulması və beynəlxalq təşkilatlar tərəfindən Rusiyaya maliyyə və texniki yardımların qarşısını almaqla bağlı məhdudiyyətlər nəzərdə tutulur.

Qeyd edək ki, Böyük Briyaniyanın  xarici kəşfiyyat idarəsi “M16” üçün işlədiyi ortaya çıxdıqda ölkəsində məhkum edilən və daha sonra casus mübadiləsilə İngiltərəyə gedən rus casus Skripal ilə qızı Yuliya martın 4-də Solberidə Sovet İttifaqı dövründə kəşf edilən Noviçok adlı kimyəvi maddə ilə zəhərləndi.

İngiltərə Skripalın Rusiya dövlətinin təsdiqilə zəhərləndiyini iddia edir. Rusiya isә bu iddiaları qәbul etmir.



Әlaqәli Xәbәrlәr