Yəməndə edilən hücumların nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb

Yəmənin Daxili İşlər Nazirliyi dünən müvəqqəti paytaxt Ədəndə hərbi qərargah ilə polis mərkəzinə edilən hücumlarda 49 nəfərin həlak olduğunu açıqladı.

1246661

Ədəndəki hücumlarla əlaqədar hökumət tərəfindən yayılan ilk açıqlamaya görə, dünən səhər radələrində Ədənə bağlı Şeyx Osman şəhərindəki polis mərkəzinin bağçasına minalanmış maşınla edilən hücumda 13 nəfər həyatını itirib. Ədənin qərbində yerləşən Əl-Cela qərargahına Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Hizam əl-Emni qüvvələrinin paradı zamanı pilotsuz uçuş aparatı və ballistik raketlə edilən hücumda isə 36 nəfər həlak olub.

Husilərə məxsus Əl-Mesira telekanalı Əl-Cela qərargahına edilən hücumun məsuliyyətini Husilərin üzərinə götürdüyünü bildirmişdi.

Әlaqәli Xәbәrlәr