ABŞ Cavad Zərifi sanksiya siyahısına saldı

ABŞ-ın Xəzinə Nazirliyi İranın xarici işlər naziri Cavad Zərifi sanksiya siyahısına saldı.

1245791
ABŞ Cavad Zərifi sanksiya siyahısına saldı

ABŞ-ın Xəzinə Nazirliyi İranın xarici işlər naziri Cavad Zərifi sanksiya siyahısına saldı.

Nazirliyin tərkibindəki Xarici Əmlaklara Nəzarət Ofisinin açıqlamasında İranın dini lideri Ayətullah Əli Xamneyi adından işlədiyi səbəbindən Zərifin sanksiya siyahısına əlavə olunduğu bildirilib.  

Açıqlamada ABŞ prezidenti Donald Tramp tərəfindən daha əvvəl sanksiya siyahısına salınan Xamneyi adından işləyən şəxs və qurumların sanksiya siyahısına əlavə oluna biləcəyi vurğulanıb.

Mövzuyla əlaqədar mətbuat mənsublarına bəyanat verən və adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir səlahiyyətli isə Zərifi “İran rejiminin dünya miqyasında sözçüsü” ifadələrilə qiymətləndirib və Xamneyinin “laqeyd gündəmini yaymağa cəhd göstərdiyi” üçün sanksiyaya məruz qaldığını söyləyib.

Xatırladaq ki, ABŞ prezidenti Tramp Xamneyini də ehtiva edəcək şəkildə İrana yönəldilmiş yeni sanksiyalar təqdim edən prezident sərəncamını 24 iyunda imzalamışdı.



Әlaqәli Xәbәrlәr