Hindistanda tәbii fәlakәt qurbanlarının sayı 216 nәfәrә çatıb
Yerli mәtbuat orqanlarının yaydığı mәlumata әsasәn, leysan yağışlarının sәbәb olduğu daşqınlar nәticәsindә Bihar әyalәtindә 130, Assam әyalәtindә isә 86 nәfәr hәlak olub.
Hindistanın şәrqindә vә şimal-şәrqindә iyul ayının әvvәlindәn etibarәn yağan leysan yağışlarının sәbәb olduğu daşqınlar nәticәsindә hәlak olanların sayı 216 nәfәrә çatıb.
Yerli mәtbuat orqanlarının yaydığı mәlumata әsasәn, leysan yağışlarının sәbәb olduğu daşqınlar nәticәsindә Bihar әyalәtindә 130, Assam әyalәtindә isә 86 nәfәr hәlak olub.
Assam әyalәtinin 13 bölgәsindәki 864 kәnd sular altında qalıb, evlәri sular altında qalanlar üçün 417 yardım düşәrqәsi qurulub. Altı mindәn çox adamın yardım düşәrgәlәrinә sığındığı bildirilir.
Bihar әyalәtinin 13 bölgәsindә 8.8 milyon insanın tәbii fәlakәt nәticәsindә zәrәr gördüyü qeyd olunub.
Rәsmilәrin mәlumatına әsasәn, Assam әyalәtindәki bәzi çaylar öz mәcrasından çıxıb.
Әlaqәli Xәbәrlәr
Dünyanın ən böyük hava limanı tikilir
Bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd ibn Rəşid əl-Məktum deyib
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb