ABŞ 3 ölkəyə silah satacaq

ABŞ rəhbərliyi Misir, Cənubi Koreya və Kanadaya ümumilikdə 1,5 milyard dollarlıq silah satışını təsdiq etdi.

1245320
ABŞ 3 ölkəyə silah satacaq

ABŞ rəhbərliyi Misir, Cənubi Koreya və Kanadaya ümumilikdə 1,5 milyard dollarlıq silah satışını təsdiq etdi.
 
 Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinə tabe olan (Pentaqon)  Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyindən (DSCA) verilə yazılı açıklamada Dövlət Departamentinin sözügedən mümkün silah satışlarına razılıq verdiyi barədə Konqresin məlumatlandırıldığı qeyd edildi.
 
 Üç ayrı paket halında təstiq edilən silah satışlarının hər biri üçün Konqresə ayrı-ayrı məktublar göndərən agentlik, Misir, Cənubi Koreya və Kanadaya ümumilikdə 1,5 milyard dollarlıq silah satışına razılıq verildiyini bildirdi.
 
 Buna əsasən, Misirə 554 milyon dollar məbləğində "Oliver Hazard Perry" tipli döyüş gəmiləri, FMC raket katerləri və MHC/CMH mina axtarma gəmiləri üçün texniki dəstəklə yanaşı, 25 və 28 metrlik iki sürətli patrul katerinin satılacağı qeyd edildi.
 
 Cənubi Koreyanın isə 950 milyon dollara əlində olan 30 ədəd "RQ-4 Block" tipli pilotsuz uçan aparatlar  üçün maddi-texniki dəstək, uçuş təlimi, rabitə avadanlığı, hissələr və xidmət dəstəyi alacağı bildirildi.
 
 Kanadanın da 44 milyon dollara 152 ədəd MIDS-JTRS inkişaf etdirilmiş hərbi rabitə avadanlığı, texniki dəstək və hissələrini alacağı qeyd edildi.



Әlaqәli Xәbәrlәr