Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri istefa verdi

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan "Brexit" (Böyük Britaniyanın Avropa İttifaqından  çıxması) mövzusunda sərt mübahisə etdiyi  Boris Consonun liderliyinin elanından əvvəl istefa verdi.

1240113
Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri istefa verdi

 

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə naziri Alan Dunkan Mühafizəkarlar partiyasının liderlik yarışında səsvermənin başa çatmasına bir neçə saat qalmış istefa verdi.
 
Dunkan partiyanın liderliyinə ən real namizəd olan sabiq xarici işlər naziri Boris Consonla "Brexit" məsələsi ilə bağlı sərt mübahisə etmişdi.
 
 Consonun baş nazir Tereza Meyin Aİ ilə razılaşdırdığı "Brexit" müqaviləsini "düyməsi Brüsselin əlində olan intihar jileti" bənzətməsinə ən sərt reaksiya verən siyasi fiqur Dunkan olmuşdu.
 
 Sabah Mühafizəkarlar partiyasının liderinin adı məlum olacaq.
 
Ötən gün də maliyyə naziri Filip Hammond və ədliyyə naziri Devid Qauke Conson lider seçildiyi təqdirdə istefa verəcəklərini bildirmişdilər.
 
 Consonun lider seçilməsi halında başda rəqibi xarici işlər naziri Ceremi Hant olmaqla, bir sıra nazirin də istefası gözlənilir.
 
 Mühafizəkar partiyasının yeni lideri baş nazir vəzifəsini 24 iyulda Meydən təhvil alcacaq.
 



Әlaqәli Xәbәrlәr