Türkiyə Əfqanıstandakı terror hücumu qınadı

Əfqanıstanın cənubundakı Kandahar Rayon Polis İdarəsi binasına bomba yüklü maşınla təşkil olunan hücumda 11 nəfərin öldüyü bildirildi.

1238583
Türkiyə Əfqanıstandakı terror hücumu qınadı

Əfqanıstanın cənubundakı Kandahar Rayon Polis İdarəsi binasına bomba yüklü maşınla təşkil olunan hücumda 11 nəfərin öldüyü bildirildi.

  Kandahar valiliyinin sözçüsü Əhməd Bəhir Əhmədi jurnalistlərə verdiyi açıqlamada təcavüzkarlardan birinin Kandahar Polis İdarəsi binası girişində bomba yüklü maşını partlatdıqdan sonra digər təcavüzkarların təhlükəsizlik qüvvələrinə müqavimət göstərdiklərini söylədi.

 Əhmədi birinci hücumun ardından arxa-arxayaa iki partlayışın da olduğunu,  əməliyyat nəticəsində təcavüzkarların zərərsizləşdirildiyini bildirdi.

  Sözçü hücumda 9 mülki vətəndaşın və 2 polisin həlak olduğunu, 3 polis ilə 80 nəfərin də yaralandığını qeyd etdi.

  Əhmədi hücum nəticəsində polis idarəsi binasının yanında yerləşən Kandahar gömrüyündə bir neçə maşının da atəşə tutulduğunu ifadə etdi.

  Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu öyrənildi.

  Hücuma görə məsuliyyəti Taliban üzərinə götürdü.

 Türkiyə Əfqanıstanın Kandahar şəhərində Polis İdarəsi binasının hədəf alındığı terror hücumunu qınadı.

  Nazirlikdən verilən yazılı açıqlamada sözügedən terror hücumunda aralarında mülki şəxslərin də olduğu çox sayda adamın həlak oldması və yaralanması barədə xəbərinin böyük bir kədərlə öyrənildiyi bildirildi. Açıqlamada bunlar ifafə edildi: "Sözügedən terror hücumunu qınayır, hücumda həlak olanlara Allahdan rəhmət diləyirik, dost Əfqanıstan hökumətinə və qardaş əfqan xalqına dərin hüznlə başsağlığı veririk, yaralananların tezliklə sağalmasını arzu edirik".



Әlaqәli Xәbәrlәr