Rafi Peterz : ‘‘İordan çayının qәrb sahili ilhaq edilmәlidir’’

İsrail tәhsil naziri Rafi Peterz işğal altındakı İordan çayının qәrb sahilinin ilhaq edilmәsini istәyib.

1235760
Rafi Peterz : ‘‘İordan çayının qәrb sahili ilhaq edilmәlidir’’

 

İsrail tәhsil naziri Rafi Peterz işğal altındakı İordan çayının qәrb sahilinin ilhaq edilmәsini istәyib.

İsrailin ‘‘Kanal 12’’ televiziya kanalına müsahibә verәn Rafi Peterz İordan çayının qәrb sahilinin İsrail torpağı olduğunu irәli sürüb.

Müxbirin ‘‘İordan çayının qәrb sahilindәki fәlәstinlilәrә nә edәcәksiniz? Onlara İsrail vәtәndaşlığı verilәcәkmi? şәklindәki suallarını cavablandıran  Peterz deyib: ‘‘Onların hüquqlarını müdafiә edәcәyik, ancaq onların seçkilәrdә sәs vermәk kimi hüquqi haqları olmayacaq’’.

Hökumәt vә müxalifәt partiyalarının İsrail  tәhsil nazirinin bu istiqamәtdәki açıqlamalarına reaksiya göstәrmәmәsi  diqqәt çәkib.

Qeyd edәk ki, İsrail baş naziri Binyamin Netanyahu çәrşәmbә günü verdiyi açıqlamada İordan çayının qәrb sahilindә inşa edilәn qeyri-qanuni yaşayış mәntәqәlәrinin boşaldılmayacağını ifadә etmişdi.



Әlaqәli Xәbәrlәr