"Bu gün xariqüladə və tarixi bir gün oldu", D.Tramp

Şimali Koreya başçısı ilə "tərksilah edilmiş bölgə”də (demilitarizasiya zonası) “Freedom House”da 50 dəqiqə davam edən görüşdən sonra təşkil edilən mətbuat konfransında ABŞ prezidenti bu sözləri söylədi...

1227602
"Bu gün xariqüladə və tarixi bir gün oldu", D.Tramp

  Amerika Birləşmiş Ştatlarının prezidenti (ABŞ) Donald Tramp Şimali və Cənubi Koreya arasındakı "tərksilah edilmiş bölgə”də (demilitarizasiya zonası) Şimali Koreyanın başçısı Kim Çen İn (Kim Jong) ilə görüşdən sonra nüvə danışıqlarının davam etdiriləcəyini açıqladı.

  Şimali Koreya başçısı ilə "tərksilah edilmiş bölgə”də “Freedom House”da 50 dəqiqə davam edən görüşdən sonra təşkil edilən mətbuat konfransında ABŞ prezidenti bu sözləri söylədi:

  “Geniş çərçivədə bir müqavilə bağlamağı səbirzisliklə gözləyirik. Bu gün xariqüladə və tarixi bir gün oldu.

  Kimə təşəkkür edirəm. Şimali Koreyanın nüvə proqramı məsələsində aparılan danışıqlar prosesində nüvə və balistik raket sınaqları etmədiyini və xoş niyyət göstərdiyini söylədi.

  Şimali Koreya ilə nüvə müzakirələri yaxın həftələr içində yenidən açılacaq. Prosesin sürətli olmasındansa, düzgün aparılmasını istəyirik.

  Amma hələlik Şimali Koreyaya tətbiq olunan sanksiyalar qalır. Bu da danışıqlar prosesi zamanı yoluna düşəcək.

  Mən Kim Çen İni Ağ Evə dəvət edəcəyəm.”

  Qeyd edək ki, Şimali Koreya başçısı da bu dəvətə qarşılıq olaraq ABŞ prezidentini Koreyanın paytaxtı Pxenyana (Pyongyang) dəvət etməkdən şərəf duyacağını bildirib.



Әlaqәli Xәbәrlәr