Almaniyada vətəndaşlıq haqqında yeni qanun qəbul edildi

Almaniyada vətəndaşlığa dair yeni qanun layihəsi Federal Məclisdə (Bundestaq) keçirilən səsvermədə qəbul edildi.

1226548
Almaniyada vətəndaşlıq haqqında yeni qanun qəbul edildi

Almaniyada vətəndaşlığa dair yeni qanun layihəsi Federal Məclisdə (Bundestaq) keçirilən səsvermədə qəbul edildi.

  Bundestaqda müxalifət hakimiyyətin ortaqları olan Xristian Demokrat Birlik Partiyasından (CDU), Xristian İctimai Birlik Partiyasından (CSU) və Sosial Demokrat Partiyasından (SPD) olan parlamentarilərin səsləri ilə qəbul edilən qanun tənzimləməsinin əleyhinə səs verdi.

 Tənzimləməyə görə, hər hansı bir terror təşkilatına üzv olanlar, və ya Almaniya xaricində hər hansı bir terror təşkilatı üçün mübarizə aparanlar başqa vətəndaşlıqlarının olması halında vətəndaşlıqdan çıxarılacaqlar.

  Çoxarvadlı olanlara və alman yaşayış mədəniyyətini mənimsəməyənlərə də vətəndaşlıq verilməyəcək.

  Məclisə təqdim olunan dəyişiklik maddəsi ilə vətəndaşlıq barəsində qanun terrorla mübarizə, çoxarvadlılıq və şəxsiyyət hiylələrinə qarşı ciddi reviziyadan keçir.

  Alman vətəndaşlığına keçərkən səhv bəyan və sənəd verən şəxslərə aid 5 il olan geriyə doğru əməliyyat müddəti 10 ilə çıxarılır.

 Lakin qanun layihəsinə əlavə olunan "alman yaşayış mədəniyyətini mənimsəmə" ifadəsi tənqid olundu.

  Qanun layihəsinin əleyhinə çıxış edən Sol Partiyadan olan deputat Ulla Jelpke bu yazının arxasında hökumətin "aparıcı mədəniyyət prinsipi"ni tətbiq etmək istəyinin durduğunu söylədi, bu ifadənin layihənin hüquqi əsaslardan məhrum etdiyini bildirdi.

 

 Yaşıllar Partiyasından olan Filiz Polad isə yeni qanunun Almaniyanın miqrasiya siyasətinə zərər verdiyini qeyd etdi və bu qanunla Almaniyanın bu məsələdə 80-ci illərə geri dönəcəyi barədə xəbərdarlıq etdi

   Qanun layihəsi tətbiq olunması üçün Federal Əyalət Nümayəndələr Məclisi  (Bundesrat) tərəfində də  təsdiq olunmalıdır.



Әlaqәli Xәbәrlәr