Avropa Şurasına yeni baş katib seçildi

Türkiyənin də üzv olduğu Avropa Şurasına yeni baş katib seçildi.

1225787
Avropa Şurasına yeni baş katib seçildi

Türkiyənin də üzv olduğu Avropa Şurasına yeni baş katib seçildi. 

Qurumun yeni baş katibi xorvatiyalı Mariya Peyçinoviç Buriç oldu. 

Dünən AŞPA-da keçirilən səsvermənin yekun nəticələrinə görə, Mariya Peyçinoviç Buriç 159 səs, onun rəqibi - belçikalı Didye Reynders isə 105 səs topladı.

Yeni baş katib Thorbjorn Yaqlandan təhvil alacağı səlahiyyətlərinin icrasına sentyabrın 18-də başlayacaq.

Norveçli Yaqland 2009-cu ildən bəridir Şuranın baş  katibi kimi vəzifəsini davam etdirirdi.

Xarici işlər naziri Mövlud çavuşoğlu Avropa Şurasının baş katibi seçilən xorvatiyalı Mariya Peyçinoviç Buriçi təbrik etdi.

Çavuşoğlu şəxsi "Twitter" hesabında yazıb ki, Buriçin qurucu üzvü olduğumuz Avropa Şurasının liderliyli vəzifəsini layıqli şəkildə həyata keçirəcəyinə əminəm, təbrik edirəm.



Әlaqәli Xәbәrlәr